Sumqayıt sakini bıçaqlanıb
17:53 08 Yanvar 2018
Sumqayıt sakini bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 6-da Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə bir nəfərin baş nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
Dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla zərərçəkmişin Köhnə Corat qəsəbə sakini Rauf Heybətov olması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb.
Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Nəzərov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Femida.az
Oxunub: 746
Oxşar xəbərlər
- Sumqayıtda yataqxana yandı
- Sumqayıtda əməliyyat - Tutulanlar var
- Sumqayıtda top mərmisi tapıldı - FOTO
- Sumqayıtda zavodda dəhşətli hadisə - Ölən və yaralanan var
- Sumqayıtda avtomobil qadını vurdu
- Sumqayıta 9 milyon manat ayrıldı - Sərəncam
- Sumqayıtda YAP-ın yeni binası açılıb
- Sumqayıtdakı qəza ilə bağlı - Rəsmi məlumat
- Sumqayıtda öldürülən iki qadınla bağlı açıqlama
- Sumqayıtda dəhşətli hadisə - 2 qadın öldü