18 yaşlı qızın boğazını qardaşı kəsibmiş - Dəhşətli qətlin üstü açıldı


14:43     23 İyun 2016 bicaq_qadin_000.jpg

Xəbər verdiyimiz kimi, 3 gün öncə Tovuzun Aşağı Quşçu kəndində 1998-ci il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədovanın meyiti tapılıb.

Femida.az xəbər verir ki, kəndin Bələdiyyə sədri Tofiq Hüseynovun Report-a verdiyi xəbərə görə, 18 yaşlı Günay Gülməmmədova qardaşı Ruslan Gülməmmədov tərəfindən qətlə yetirilibmiş.

Qeyd edək ki, daha öncə yayılan məlumatlara görə, Gülməmmədovanın meyiti iyunun 19-da axşam saat 21:00 radələrində çayda aşkar edilib. Gənc qızın boğazı kəsilərək çayın üzərindəki körpünün altına atılıb. Bildirilir ki, 17 yaşlı qız keçən il orta məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini yarımçıq saxlayıb. Onun anası bir müddət əvvəl vəfat etdikdən sonra taksi sürən atası başqa qadınla ailə qurubmuş.

Femida.az

Açar sözlər:

Oxunub: 19372