Araz Əlizadə: “Ərdoğanın özü də türk deyil”


15:24     25 İyul 2016 araz%20elizade.jpg

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə Türkiyə TV-lərində yayımlanan “Nə mutlu ermeniyəm” videoçarxına münasibət bildirib.


Femida.az-a açıqlama verən millət vəkili hesab edir ki, etnik tərkibi müxtəlif olan bir ölkədə belə bir şüarın səslənməsi tamamilə başadüşüləndir:

“Dünyada monoetnik dövlətlər azlıq təşkil edir. Çoxmillətli dövlətlərdə hansısa milləti önə çəkmək, yaxud da hansısa etnosu sıxışdırmaq dövlətin məhvinə gətirib çıxara bilər. Bu mənada Türkiyə TV-lərində etnosların adları sadalanan videçarxın yayımlanması tamamilə başadüşüləndir. Vaxtilə bizdə axmaq şüar səsləndirirdilər: “Türkün türkdən başqa dostu olmaz!” Bu şüarlardan sonra ləzgilər də, talışlar da ayağa qalxdı. Əgər ümummilli liderimiz hakimiyyətə gəlməsəydi Azərbaycan dağıla bilərdi”.

Araz Əlizadənin sözlərinə görə, elə şərait yaratmaq lazımdır ki, həmin etnoslar Türkiyə vətəndaşı olduqlarına görə özlərini mutlu hesab etsinlər:

“Dövləti güclü etmək üçün ayrı-ayrı etnosların mutluluğundan danışmaq lazım deyil. Türkiyə vətəndaşlarının mutluluğundan danışmaq lazımdır. Onsuzda türk də, yunan da, erməni də, kürd də bu millətə mənsub olduqlarına görə özünü xoşbəxt sayır”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 18698