18 il əvvəl axtarılırdı, indi tutuldu


14:46     26 Oktyabr 2016 polis%20rus2.jpg

Beynəlxalq axtarışda olan azərbaycanlı Rusiyada saxlanılıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, həmin şəxs 2015-ci ilin martında Çerepovets şəhərində tutulub. Bu ilin mayında o, qəsdən avtomobil yandırmaqda ittiham olunaraq 1 il 8 ay azadlıqdan məhrum edilib. Bir müddət sonra isə hüquq-mühafizə əməkdaşları onun özünü təqdim etdiyi şəxs olmamasından şübhələnib, bununla bağlı Azərbaycana sorğu göndəriblər.

Sorğunun cavabına əsasən məlum olub ki, həmin şəxs 18 il əvvəl hərbi xidmətdən yayındığı üçün Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. O, 1998-ci ildə Rusiya qaçıb və başqa ad altında müxtəlif bölgələrində yaşayıb.

Çerepovetsdəki cinayətlə bağlı müəyyən edilmiş cəzasını çəkdikdən sonra onun Azərbaycana ekstradisiyası məsələsi həll ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1171