Nalbandyan həmsədrlərlə görüşüb


20:31     08 Dekabr 2016 2222.PNG

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Minsk Qrupunun həmsədrləri ilə görüşüb.


Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi Anjey Kaspşik də iştirak edib.

Qeyd edək ki, bu gün Almaniyanın Hamburq şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası başlayıb. İclasda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. Toplantı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə 2+3 formatında görüşü gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1162