Məmmədyarov ATƏT sədri ilə görüşüb
21:45 08 Dekabr 2016
Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda ATƏT-in Xarici İşlər Nazirləri (XİN) Şurasının 23-cü iclası çərçivəsində Almaniya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə ediblər və iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi yollarına dair fikir mübadiləsi aparıblar.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi haqqında həmkarına ətraflı məlumat verib.
Elmar Məmmədyarov etimad quruculuğu tədbirləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi kimi məsələlərin müzakirəsinin münaqişənin həlli ilə bağlı aparılan substantiv danışıqlar prosesi ilə sinxronlaşdırılmasının və onun tərkib hissəsi olmasının vacibliyini vurğulayıb.
Görüşdə həmçinin gündəlikdə olan digər məsələlər ərafında da ətraflı fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 1181
Oxşar xəbərlər
- Məmmədyarov TürkPA-nın baş katibini qəbul edib
- Məmmədyarov Rusiya səfiri ilə vida görüşü keçirib
- Məmmədyarovun həmsədrlərlə görüşü başladı - FOTO
- Məmmədyarovla Nalbandyan görüşəcək
- Məmmədyarov gürcü həmkarına məktub yazdı
- Məmmədyarov Vyanaya gedir - Nalbandyanla görüşəcək
- Məmmədyarov Çavuşoğlu ilə görüşdü
- Məmmədyarov Çindən gələn nümayəndələri qəbul etdi
- Məmmədyarov həmsədrlərin təklifini qəbul etdi
- Məmmədyarov Moskvada həmsədrlərlə görüşür