Jurnalist yol qəzasının qurbanı oldu


00:54     23 Fevral 2017 1359952125_qeza-avariya-main.jpg

Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.


Hadisə Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində qeydə alınıb.
Hələlik qəzanın başvermə şəraiti və sürücünün kimliyi məlum deyil. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

57 yaşlı mərhumun üzərindəki sənəddə onun əslən Şamaxı rayonundan olduğu, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq qəsəbəsində yaşadığı məlum olub.

Qadının jurnalist olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 1902