Səfir etimadnaməni prezidentə təqdim edib


00:45     28 Mart 2017 1490629956-4711.jpeg

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Argentina Prezidenti Maurisio Makriyə təqdim edib.



Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasim zamanı keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Argentina Prezidentinə çatdırıb.

Prezident Maurisio Makri onun da salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə səfir R.Aslanov Azərbaycan haqqında Prezident Maurisio Makriyə ətraflı məlumat verib. Görüş əsnasında həmçinin Azərbaycan və Argentina arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident Maurisio Makri səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

Açar sözlər:

Oxunub: 654