Oqtay Əsədov AŞPA sədri ilə görüşüb
21:33 28 Mart 2017
Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramuntla görüşüb.
Femida.az-ın xəbərinə görə, görüş Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyasının yaz sessiyası çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan parlamenti ilə AŞPA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
O. Əsədov P. Aqramuntun AŞPA sədri kimi Azərbaycana səfərini xatırlayaraq onun ölkəmizin başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi barədə məlumatlı olduğunu bildirib.
Görüşdə Azərbaycanın AŞPA-dakı mövqeyi getdikcə gücləndiyi, qurumla əlaqələrin genişləndiyi vurğulanıb. Tərəflər qarşılıqlı maraq doğuran mövzuların müzakirə edilməsinin önəmini bildirərək, Azərbaycanın bəzi məsələlərin həlli baxımından mühüm ölkə olduğunu qeyd ediblər.
Femida.az
Oxunub: 817
Oxşar xəbərlər
- Oqtay Əsədov İrana gedəcək
- Oqtay Əsədov TürkPA Şura iclasında çıxış edib
- Oqtay Əsədov İsmayıl Qəhrəmanla görüşüb
- Oqtay Əsədov Bişkekə gedir
- Oqtay Əsədov xanım deputata: `Milli Məclisə nə vaxt daxil olmusunuz?`
- Oqtay Əsədov neftin qiymətindən danışdı
- Oqtay Əsədovdan deputatlara: `Bir az sakit olun! İclas gedir`
- Oqtay Əsədov İtaliya Senatının sədr müavini ilə görüşüb
- Oqtay Əsədov Minskdə bir sıra görüşlər keçirib
- Oqtay Əsədov Belarusdadır