Neftimizin qiyməti üzümüzü güldürdü


13:55     30 Mart 2017 1437028799_neft.jpg

Azərbaycan neftinin qiyməti artmaqda davam edir.


Femida.az xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,54 dollar və ya 1,03% artaraq 53,03 dollar təşkil edib.

Dünya birjalarında da neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar və ya 0,44% artaraq 49,73 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar və ya 0,25% artaraq 52,55 dollar olub.

Femida.az

Açar sözlər:

Oxunub: 863