Türkiyədə yenidən zəlzələ baş verib


02:20     22 İyul 2017 zelzele%2016.jpg

Türkiyədə Egey dənizinin sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.


Femida.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 20:09-da qeydə alınan yeraltı təkanların episentri Muğla vilayətinin Datça rayonu yaxınlığında yerləşib.

Qeyd edək ki, ötən gecə Egey dənizi sahillərində baş verən 6,7 ballıq zəlzələ nəticəsində 70-dək Türkiyə, 100-dən artıq Yunanıstan vətəndaşı xəsarət alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 593