Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var


18:27     18 Oktyabr 2017 qeza%20yeni8.jpg

Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın verdiyi məlumata görə, Gəndob-Yalama yolunun Xaçmaz rayonundan keçən hissəsində qeydə alınıb. "VAZ 2106" markalı maşınla "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində Xaçmaz rayon sakinləri, 1995-ci il təvəllüdlü Baladadaşov Elşad Məcti oğlu və 1993-cü il təvəllüdlü Əmirquliyev Orxan Əlikərəm oğlu xəsarət alıb. Hər iki şəxs Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 629