Artur Rasi-zadə 4 köməkçisini işdən çıxardı


22:50     13 Dekabr 2017 1390907384_artur-2.jpg

Baş nazir Artur Rasi-zadənin köməkçilərinin sayı azaldılıb.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb.

Baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilib.

Baş nazirin birinci müavininin köməkçilərinin sayı isə artırılaraq 2 nəfərə çatdırılıb. İndiyə qədər baş nazirin birinci müavininin 1 köməkçisi olub.

Açar sözlər:

Oxunub: 1816