Qusarda FACİƏ: Ana oğlunun meyitini tapdı


14:14     15 Dekabr 2017 intihar%20femida.az.jpg

Qusarda intihar hadisəsi olub.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, Yuxarı Kalanxur kəndində 1988-ci il təvəllüdlü Məmmədbəyov Sahil Kamiloviç özünü yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə asıb. Onun psixi problemlərinin olduğu bildirilir.

Bildirilir ki, 29 yaşlı Sahilin evdə olmadığını görən anası onu axtarıb. Bir qədər sonra qadın oğlunun meyitinin həyətdəki tikilidə asılı vəziyyətdə aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1682