Almanlar Merkelə güvənmir – SORĞU


16:33     24 Oktyabr 2015 neinmerkel.jpg


Şərqi Almaniyada yaşayan vətəndaşların böyük bir qismi kansler Angela Merkelə qətiyyən inanmırlar.

“Dimap” mərkəzi tərəfindən keçirilmiş sorğunun nəticəsindən belə məlum olub ki, Şərqi Almaniyada yaşayanların 2/3-si Merkelin “mühacir siyasəti”nə güvənmir. Əhalinin 61%-i miqrant siyasətilə bağlı verilmiş vədlərə inanmadığını, 36% isə, ümumiyyətlə, Angela Merkelə siyasətçi kimi güvənmədiklərini bildirib.

AzVision.az “Die Welt” qəzetinə istinadən bildirir ki, Qərbi Almaniyada atmosfer bir az fərqlidir. Belə ki, 53% vətəndaş Merkelin “miqrant siyasəti”ni bəyəndiyini, 44% bu siyasi kursa heç bir ümid bəsləmədiyini bildirib.

Orta statistik göstəriciyə görə, bütöv Almaniyada keçirilən bu sorğudan belə məlum olub ki, 49% alman qaçqın siyasətinin uğuruna optimist yanaşır, 48%-i isə bütünlükdə bu siyasi addımı pessimist qəbul edir.

Almanların 77%-i ümumilikdə sərhədlərin ciddi şəkildə mühacirlərdən mühafizə olunmasını tələb edirlər.

Açar sözlər:

Oxunub: 791