Almanlar Merkelin istefasını istəyir


18:17     29 Yanvar 2016 merkel-rating-sp-downgrading-jpg-crop_display.jpg

Almaniya əhalisinin 39,9%-i Kansler Angela Merkelin istefasını istəyir. Bu barədə RİA Novosti məlumat verir.


Almaniyanın Focus jurnalı üçün İNSA institutu tərəfindən keçirilmiş sorğuya əsasən, almanlar A.Merkelin miqrasiya böhranı ilə bağlı münasibətini bəyənməyərək onun istefasını istəyirlər.

Sorğuya əsasən, A.Merkelin istefasını istəyənlərin əksəriyyəti - 64,6%-i - "Almaniya üçün alternativ" partiyasının tərəfdarlarıdır.

Eyni zamanda, sorğuda iştirak edənlərin 45,2%-i isə hesab edir ki, kanslerin miqrasiya böhranı ilə bağlı siyasəti onun istefaya getməsinə səbəb ola bilməz.

Yanvarın 19-da A.Merkel 44 deputatın imzaladığı məktub alıb. Məktubda Bundestaq nümayandələri ölkənin miqrasiya siyasətində dəyişiklik edilməsinin zəruri olduğunu vurğulayırlar.

2015-ci il ərzinda Almaniya 1,1 milyonadək qaçqın qəbul edib. Ölkə əhalisinin bir qismi hesab edir ki, bu qədər çox qaçqın və miqrant qısa zaman ərzində alman ictimayyətinə inteqrasiya edə bilməyəcəklər.

Açar sözlər:

Oxunub: 1247