Almanlar Dini Komitəni məhkəməyə verdilər


19:18     25 Mart 2017 1398947325_mehkeme3.jpg

Bakı şəhəri "Yevangelist-lüteran Dini İcması" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, dini icma komitədən onlara maddi yardım verilməsini tələb edib. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılan işdə icmanın iddiası rədd edilib.

Qərardan apellyasiya şikayəti verilib. İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun icraatına verilib. Proses martın 30-da davam etdiriləcək.

Qeyd edək ki, "Yevangelist-lüteran Dini İcması" 1994-cü il noyabrın 2-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. İcmanın üzvləri əsasən alman əsilli vətəndaşlardır.

Açar sözlər:

Oxunub: 1014