Deputatdan əlil seçicilərinə hədiyyə


20:34     05 Yanvar 2016 cingizqenizadehediiye%20(1).jpg

Bir neçə ay bundan öncə parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası zamanı hərəkət məhdudiyyəti olan fiziki qüsurlu üç nəfər seçici Çingiz Qənizadəyə müraciət edərək əlil arabasına ehtiyacları olduğunu bildirmişdilər.


Seçicilərinə bu işdə köməklik göstərəcəyini söz verən Ç.Qənizadə Gəncliyə Yardım Fondunun dəstəyi ilə dünən, yanvarın 4-də İmişli və Beyləqan rayonlarından olan həmin seçiciləri ilə görüşərək onlara əlil arabası hədiyyə edib.

Yeni ilin ilk günlərində seçicilərinə sevinc hissləri bəxş edən Çingiz Qənizadə İmişli rayonunun Göbəktala kənd sakini Abbasova Azətbəyim Bəndalı qızına, Beyləqan rayonunun İmamverdilər kənd sakinləri Tağıyev Ataxan və Şirinov Əli Nemət oğluna əlil arabasını Gəncliyə Yardım Fondunun rəhbərliyi ilə birlikdə şəxsən təqdim edərək onlara həyatda mübariz olmağı və ruhdan düşməməyi tövsiyə edib, can sağlığı arzulayıb.

Açar sözlər:

Oxunub: 973