Deputatdan beynəlxalq qurumlara İRAD


17:09     05 Sentyabr 2016 13417561_861654143978718_3986750303271307061_n%20(1).jpg

Millət vəkili Sahib Alıyev öz feysbuk səhifəsində beynəlxalq təşkilatların tutduğu qərəzli mövqeyə münasibət bildirib.

Deputat erməni girovluğunda olan Şahbaz Quliyev və Dilqəm Əsgərova münasibətdə beynəlxalq təşkilatların qərəzli yanaşmasından gileylənib:

“Erməni girovluğundakı Şahbaz Quliyevdən yeni məktub gəlib. Onun, eləcə də Dilqəm Əsgərovun şəkllərindən aydınca görünür ki, hər iksi dözülməz bir şəraitdə saxlanılırlar və xəstədirlər. Məni maraqlandıran budur ki, bir zamanlar arvad-ər Yunusların guya ölüm ayağında olduqlarını qabardaraq onların buraxılmalarını tələb edən beynəlxalq qurumların başında duranlar niyə öz torpaqlarında girov götürülən iki azərbaycanlının taleyinə bu dərəcədə biganə yanaşırlar? Bütün bu reallıqları görə-görə hansı azərbaycanlı onların insan haqları barədə nağıllarına və elə həm də insanlıqlarına inanar?”

Femida.az

Açar sözlər:

Oxunub: 1068