Deputatdan ermənilərin havadarlarına - Sərt ismarış


22:09     30 Sentyabr 2016 qenire4.jpg

Qənirə Paşayeva ermənilərin məhkəməyə verdiyi İlhan Aşkınla bağlı məsələni Milli Məclisdə qaldırıb və ona dəstək olmağa çağırıb.


Femida.az xəbər verir ki, MM-in bu gün keçirilən iclasında Azərbaycanın Hollandiyada diaspor rəhbəri İlhan Aşkına qarşı ermənilərin şikayəti əsasında qaldırılmış cinayət işi məsələsi müzakirə olunub.

Millət vəkili bildirib ki, 2 il əvvəl qondarma erməni soyqırımı - tarixdə olmayan bir soyqırıma görə Hollandiyada bir neçə abidə qoyulmasına etiraz edən, mitinqdə çıxışında Xocalı soyqırımından, Azərbaycanın işğal olunmuş torpaqlarından danışan İlhan Aşkın ermənilərin müraciəti ilə polis nəzarətində prokurorluğa çağırılıb:

“Söz, ifadə azadlığından dərs keçmək iddiasında olan Avropa ölkələrində, Hollandiyada mitinqdə etdiyi çıxışına görə, ədaləti, gerçəkləri söylədiyinə görə İlhan Aşkına qarşı bu cür addımlar ədalətsiz yanaşmadır və buna etiraz edirik. İlhan bəy bildirib ki, o, dünyanın hər yerindəki azərbaycanlılardan, türklərdən mənəvi dəstək gözləyir. Düşünürəm ki, yüksək hazırlıqlı vəkillərlə onun hüquqları müdafiə olunmalıdır. Bu prosesdə ona ciddi dəstək olmalıyıq. Çünki Xocalı soyqırımı, işğal altında olan Azərbaycan torpaqlarını daim yaşadığı ölkələrdə gündəmə çıxaran diaspor fəallarına qarşı ermənilərin bu cür məkrli addımlarına, onları susdurmaq cəhdlərinə imkan verilməməlidir. Ermənilər və onların havadarları onu bu cür yollarla susdurmaq istəyir. Bütün dünyadakı azərbaycanlılar, hüquqşünaslar, vəkillər bu məsələdə diaspor liderimizə dəstək verməlidir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1229