Zəlzələ oldu – 8,5 BAL
16:36 31 May 2015
Sakit okeandakı Oqasavara adaları rayonunda mayın 30-da axşam baş vermiş güclü yeraltı təkanlar Yaponiyanin paytaxtı Tokioda və paytaxta yaxın rayonlarda da hiss olunub.
Femida.az AzərTAc-a istinadən xəbər verir ki, Yaponiya Meteorologiya İdarəsinin yaydığı məlumata görə, 8,5 bal gücündə zəlzələ yerli vaxtla saat 20:24 dəqiqədə baş verib. Zəlzələnin ocağı Sakit okeanda Oqasavara adaları rayonunda 590 kilometr dərinlikdə olub.
Yaponiyanın yeddi ballıq sistemi üzrə beş bal gücündə zəlzələ Oqasavara adalar qrupuna daxil olan Hahacima adasında və Kanaqava prefekturasının bəzi rayonlarında hiss edilib.
Bir baldan üç baladək yeraltı təkanlar isə Yaponiyanın bütün ərazisini - şimaldakı Hokkaydo adasından başlamış cənub-qərbdəki Okinava prefekturasınadək ərazini əhatə edib.
Oxunub: 611
Oxşar xəbərlər
- Zəlzələ qurbanlarının sayı 480 nəfəri ötüb
- Zəlzələ nəticəsində Tərtərdə 3 ev uçub
- Zəlzələ qurbanlarının sayı 251-ə çatıb
- Zəlzələdə ölən və xəsarət alanlar var
- Zəlzələ qurbanlarının sayı 700-ə yaxınlaşır
- Zəlzələ qurbanlarının sayı 480 nəfərə çatdı
- Zəlzələdə ölənlərin sayı artır
- Zəlzələ Yaponiyanı silkələdi
- Zəlzələdən əziyyət çəkən ailələrə yeni evlər tikiləcək
- Zəlzələdə iki qadın özünü binadan atdı