Zəlzələ qurbanlarının sayı 480 nəfəri ötüb


23:21     26 Noyabr 2017 1483690773_1450874829_zelzele-iranretr.jpg

Noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ nəticəsində İranda ölənlərin sayı 483 nəfərə çatıb, 12 min nəfərdən çox insan xəsarət alıb.


Femida.az -ın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin 237-i kişi, 246-ı qadındır.

Bundan əvvəl zəlzələ nəticəsində 445-ə qədər insanın öldüyü, 7 mindən çox insanın xəsarət aldığı açıqlanmışdı.

Qeyd edək ki, noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ Azərbaycan, Türkiyə də daxil olmaqla, bölgədə yerləşən ölkələrdə hiss edilib.

Açar sözlər:

Oxunub: 846