Zəlzələ nəticəsində Tərtərdə 3 ev uçub


13:32     16 Noyabr 2017 6412f229-6a10-4213-aee3-b2c998875fd4.jpg

Baş verən zəlzələ nəticəsində Tərtər rayonunda 3 ev uçub.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə Tərtər rayon icra başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanov məlumat verib.

Komissiya sədri bildirib ki, rayonun İsmayılbəyli və Evoğlu kəndlərində 3 ev və bir mal tövləsi uçub, 6 evə isə ziyan dəyib: "Hələlik dəqiqləşdirmələr aparılır. Ziyan dəyən evlərin sayı arta bilər".

Femida.az

Açar sözlər:

Oxunub: 1186