51 yaralı, 9 ölü - Bakıda yol qəzaları
20:51 05 Fevral 2016
Yanvarın 1-dən fevralın 3-dək paytaxtda 41 yol nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 51 nəfər xəsarət alıb, 9 nəfər ölüb.
Bunu Femida.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 hadisə, 30 xəsarət, 12 ölüm faktı azdır.
Qeydə alınan qəzaların 47 faizi sürət həddinin aşılması, 51 faizi piyadaların vurulması, 27 faizi isə təhlükəli manevretmə qaydalarının pozulması səbəbindən baş verib.
O bildirib ki, hesabat dövründə yol hərəkəti qanunvericiliyinin pozulması ilə bağlı 65243 inzibati protokol tərtib edilib. Onlardan 1201-i sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi ilə bağlıdır. Bu müddət ərzində 9 minə yaxın piyada yol hərəkət qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib.
Oxunub: 1185
Oxşar xəbərlər
- 51 yaşlı kişini maşın vurdu
- 51 yaşlı kişi özünü ağacdan asdı
- 517 ədəd partlamamış sursat tapılıb - Aylıq statistika
- 5100 KİV dövlət qeydiyyatına alınıb
- 51 yaşlı qadın ölümcül döyüldü
- 51 dövlət əmlakı özəlləşdirilməyə çıxarıldı
- 51 min nəfər işdən çıxarıldı
- 51 yaşlı kişi özünü asdı
- 51 yaşlı kişi özünü niyə güllələyib öldürdü? - Təfərrüatlar
- 51 yaşlı məhkum həbsxanada öldü