51 yaşlı kişi özünü ağacdan asdı


23:44     09 Avqust 2017 big_1426083984_1425987250_bakida-intihar-hadisesi-bash-verib.-cenubnews.jpg

Balakəndə 51 yaşlı kişi həyətindəki ağacdan özünü asıb.


Femida.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qullar kəndində qeydə alınıb. Kənd sakini 1966-cı il təvəllüdlü Vaqif Sirac oğlu Papaxovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.

51 yaşlı Vaqif Papaxovun niyə intihar etdiyi hələlik istintaqa məlum deyil.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 970