51 yaşlı məhkum həbsxanada öldü


13:54     06 İyun 2016 1407932396_ata-qatili-hebsxanada-olub-cenubnews.jpg

Azərbaycanda məhkum dünyasını dəyişib.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Müəssisədə cəza çəkən, Balakən rayon sakini, 1965-ci il təvəllüdlü Bahəddin Mahamarəsul oğlu İsmayılov vəfat edib.

Ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, B. İsmayılov 2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulub.

Açar sözlər:

Oxunub: 1175