Sığorta haqlarının ödənilməsində DƏYİŞİKLİK


18:11     04 Mart 2016 kredit_0487.jpg

“Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib.


Femida.az xəbər verir ki, dəyişiklik layihəsi barədə komitə sədri Əhliman Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, layihəyə əsasən, qanunun 6-cı maddəsinin 9-cu bəndi qüvvədən düşəcək: “Belə ki, könüllü tibbi sığorta müqaviləsi üzrə sığorta haqlarının tam məbləğdə və ya vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək bəndi artıq ləğv edilir. Əvvəllər bu, yazılı şəkildə həyata keçirilirdi. Lakin müasir dövrdə texnologiya inkişaf etdiyindən bütün işlər elektron qaydada görülür. Bu səbəbdən də məlumatın yazılı şəkildə verilməsinə ehtiyac qalmır”.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Açar sözlər:

Oxunub: 707