Sığorta ilə bağlı yenilik – NAZİRLƏR KABİNETİNİN QƏRARI


18:46     04 Avqust 2015 6iicfvlan0dl7rthi5ajff2ml5768dd4c152ae401122e63cb29ddbb840nazirler%20kabinetimmm7.JPG

Azərbaycanda işəgötürənlər üçün yeni tələb qoyulub. Bundan sonra işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatının aparılması üçün Respublika Həmkarlar İttifaqı Konfederasiyası (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə) ilə yanaşı, bədbəxt hadisənin baş verməsi tarixindən 3 iş günü müddətində sığortaçıya da məlumat verməlidir.


Femida.az-ın məlumatına görə, bu dəyişiklik Nazirlər Kabinetinin “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nda dəyişiklik edilməsi ilə əlaqədardır. Qaydalara əsasən, həmin məlumatlar telefon və teleqrafla yanaşı, elektron formada da verilə bilər.

Sahə həmkarlar ittifaqı birliyi, müəssisənin həmkarlar ittifaqı təşkilatı, müəssisə və ya onun tabe olduğu yuxarı orqan (əgər varsa) Təhqiqat komissiyalarının tərkibində iştirak edəcək nümayəndələri barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə hadisə baş verən gün rəsmi məlumat verməlidirlər. Təhqiqat komissiyası sığorta ödənişi verilməli olan şəxsin və sığortaçının xəsarətlə və ya ölümlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatının aparılmasında iştirak etmək hüququnun təmin edilməsinə şərait yaradır.

Yol-nəqliyyat qəzası nəticəsində baş vermiş bədbəxt hadisələrin səbəbi barədə rəy alınması üçün Təhqiqat komissiyasının sədrinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına müraciət etmək hüququ var.

İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar qaldırılmış cinayət işi üzrə zərərçəkən şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı təqdirdə, bədbəxt hadisənin təhqiqatı işə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39-cu və 42-ci maddələrinə uyğun olaraq xitam verildikdən sonra aparılmalıdır.
Yeni qərarla Azərbaycanda işçilərin səhhətinin pozulmasının təhqiq edilməsi halları artırılıb. Bundan sonra istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult olan işçilərin də səhhətlərinin pozulması halları təhqiq ediləcək. Yeni dəyişikliklərə əsasən, əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, eyni zamanda tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı işçilərin səhhətinin pozulmasını halları təhqiq ediləcək.

Bundan başqa, dəniz istehsalat obyektlərində çimərkən baş verən bədbəxt hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməyəcək.

Açar sözlər:

Oxunub: 1242