İsrailin keçmiş prezidentindən İlham Əliyevə məktub


23:42     06 Aprel 2016 2-dalia-itzik.jpg

İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzik Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə başsağlığı məktubu göndərib.


Femida.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

"Zati-aliləri,

Bu ağır günlərdə dəstəyimizi ifadə etmək və xalqlarımız arasında güclü dostluğu vurğulamaq üçün Sizə yazmağı vacib bildim.

Son günlərin hadisələri zamanı insan itkisi ilə əlaqədar dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmağı arzu edirəm.

Təəssüflə deməliyəm ki, mənim xalqım da münaqişənin və onun nəticələrinin nə olduğunu yaxşı bilir. İllər ərzində xalqlarımız əsgərlərimizin və mülki vətəndaşlarımızın canı bahasına böyük problemləri həll etməyi öyrəniblər.

İndi Sizin gözəl ölkəniz yeni çağırışla üzləşib. Lakin təcrübəmiz bizə inanmağı və heç vaxt qorxmamağı öyrədib. Şübhə etmirəm ki, Siz güclü rəhbərliyiniz və müdrikliyiniz ilə xalqınızı hamı üçün sülh və əmin-amanlıq illəri təmin edəcək düzgün yolla aparacaqsınız.

İcazə verin, bir daha əsl dost kimi həqiqi dəstəyimizi və fikirlərimizi ifadə edim", - başsağlığında qeyd edilir.

Açar sözlər:

Oxunub: 2907