İsrailin Azərbaycandakı səfiri Oğuz və Qəbələdə olub


19:03     30 İyul 2016 13767270_1147605225305836_7108513991715461612_o.jpg

İsrailin Azərbaycandakı səfiri Dan Stav Oğuz və Qəbələ rayonlarına səfər edib.


İsrailin Azərbaycandakı səfirliyindən Femida.az verilən məlumata görə, səfər müddətində səfir hər iki rayonun icra hakimiyyəti başçıları ilə görüşüb.

Görüşlərin əsas məqsədi kənd təsərrüfatı, turizm və insanlar arası əlaqələrin gücləndirilmə imkanlarını müzakirə etmək idi. Səfir Dan Stav Oğuz rayonunda sinaqoqları ziyarət edib, yəhudi icmasının üzvləri ilə görüş zamanı müxtəlif din və etnik qrupların birgə harmoniyada yaşamalarına heyran olduğunu bildirib. Səfir bildirib ki, Qəbələnin Nic kəndinə ziyarəti zamanı multikultural dəyərlərin Azərbaycan cəmiyyətində dərin kök salmasının şahidi olub.

Səfərin daha bir əsas məqsədi hər iki regionda iqtisadi potensialla tanış olmaq idi. Belə ki, D.Stav Oğuzda qarğıdalı emalı şirkəti, qida sənayesi və Qəbələdə heyvandarlıq kompleksində olub.

Açar sözlər:

Oxunub: 1329