İsrailin müdafiə naziri istefa verdi - Netanyahuya etibarsızlıq


15:09     20 May 2016 israil%20mudajie.jpg

İsrailin müdafiə naziri Moşe Yaalon istefa verib.


Femida.az "Haaretz"ə istinadən xəbər verir ki, istefa verən Yaalon hökumət və siyasətdən getdiyini bəyan edib.

O, bildirib ki, hökumət koalisiyasının genişləndirilməsi fonunda Binyamin Netanyahuya etibar etmir və siyasi həyatdan uzaqlaşmaq qərarı verib.

Qeyd edək ki, dünən İsrail mətbuatı keçmiş XİN rəhbəri, ölkənin əsas ideoloqlarından sayılan Aviqdor Libermanın müdafiə naziri təyin olunacağı ilə bağlı xəbər yaymışdı.

Açar sözlər:

Oxunub: 1239