Uşaqlarını öldürən ana 13 yaşında ailə qurub


16:52     22 İyun 2015 dəhşətttt.jpg

Gəncədə iki körpənin anaları tərəfindən qanına qəltan edilməsinin təfərrüatı məlum olub. Ağır cinayəti törədən Sədaqət Babayeva ilə bağlı hər kəsin marağına səbəb olacaq məlumatlar əldə edilib.


Məlum olur ki, dəhşətli cinayət əslində çoxdan başlayıbmış. Ağır cinayəti törədən S.Babayevanın cəmi 17 yaşı var. O, Gəncə sakini Ramal Əliyevlə 13 yaşında ailə qurub. Onların iki uşağı dünyaya gəlib. Hadisə baş verən gün, iyunun 20-də Ramal həyat yoldaşı ilə dava edib, onu döyüb və sonra işə gedib. Əsəbi qadın isə bıçaqla uşaqları kəsik-kəsik edib. Onun 3 yaşlı uşağı qaçaraq küçəyə çıxıb və qonşular onu xəstəxanaya çatdırıblar. Bir yaşlı uşaq isə ananın əlində ölüb. S.Babayeva onun boğazını yarıyacan kəsib.

Hazırda faktla bağlı cinayət işi başlanıb. S.Babayevanı polis həbs edib.

Açar sözlər:

Oxunub: 985