Ekologiyanı pozanlar cərimələndi
14:53 20 İyun 2016
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Femida.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 1-dən 15-dək davam edən araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 117 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 25 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 17 iş üzrə 31700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 4 iş üzrə 5352.45 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 249 iş üzrə 38864.77 manat məbləğində ödəmə tətbiq olunub.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 18, icra qurumlarına 9, məhkəmələrə isə 4 iş göndərilib.
Femida.az
Oxunub: 1177
Oxşar xəbərlər
- Ekologiyanı çirkləndirənlər 81 min cərimələnib
- Ekologiyanı pozanlar 46 min cərimlənib
- Ekologiyanı pozanlar cərimələnib
- Ekologiyanı pozanlar 63 min manat cərimələnib
- Ekologiyanı çirkləndirən 248 nəfər cərimələndi
- Ekologiyanı pozanlar 52 min cərimələnib
- Ekologiyanı pozanlar cərimələndi
- Ekologiyanı pozanlar 56 min cərimələndi
- Ekologiyanı pozanlara 36 min cərimə
- Ekologiyanı pozanlar 29 min cərimələndi