Ekologiyanı pozanlar 63 min manat cərimələnib
14:15 08 May 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, araşdırma 16-30 aprel tarixlərini əhatə edib. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 158 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 35 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 56 iş üzrə 63600 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 24 iş üzrə 45079,44manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 268 iş üzrə 53132,16 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 28, icra qurumlarına 24, məhkəmələrə isə 5 iş göndərilib.
Femida.az
Oxunub: 1231
Oxşar xəbərlər
- Ekologiyanı çirkləndirənlər 81 min cərimələnib
- Ekologiyanı pozanlar 46 min cərimlənib
- Ekologiyanı pozanlar cərimələnib
- Ekologiyanı çirkləndirən 248 nəfər cərimələndi
- Ekologiyanı pozanlar 52 min cərimələnib
- Ekologiyanı pozanlar cərimələndi
- Ekologiyanı pozanlar cərimələndi
- Ekologiyanı pozanlar 56 min cərimələndi
- Ekologiyanı pozanlara 36 min cərimə
- Ekologiyanı pozanlar 29 min cərimələndi