Güləşçilərimiz Almaniya Qran Prisində yarışacaqlar


22:11     29 İyun 2016 siaphoto_551819.jpg

İyulun 2-3-də Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran Pri beynəlxalq turniri keçiriləcək. Femida.az-ın məlumatına görə, turnirdə güləş üzrə böyüklərdən ibarət yığma komandamızın üzvləri də iştirak edəcək.



Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında Almaniyaya 8 sərbəst güləşçimiz gedəcək.Heyətdə Mircəlal Həsənzadə (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Qitinamaqomed Hacıyev (70 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (hər ikisi 86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb.

Yarışın proqramına əsasən, iyulun 2-də 65, 74, 86 və 97 kq, iyulun 3-də isə 57, 61, 70 və 125 kq çəkidə güləşçilər yarışacaq.

Yunan-Roma güləşi yarışlarında isə yığma komandanın üzvü Rafiq Hüseynov (75 kq) iştirak edəcək və iyulun 2-də mübarizə aparacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.

Açar sözlər:

Oxunub: 898