Güləşçilərimiz Dağıstanda 4 medal qazanıb


15:57     16 Oktyabr 2017 gulesci.jpg

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 9-cu “Qitələrarası Kubok” beynəlxalq turniri keçirilib.


Azərbaycan Güləş Federasiyasından Femida.az-a verilən məlumata görə, güləşçilərimiz turniri 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.

65 kq-da yarışan Ağahüseyn Mustafayev və 97 kq-da mübarizə aparan Aslanbek Alborov bütün rəqiblərindən üstün olaraq turnirin baş mükafatına layiq görülüblər.

Yalnız final görüşündə uduzan Cəmaləddin Məhəmmədov (125 kq) gümüş medalla kifayətlənib.

Bürünc medalı isə yığmamıza 125 kq çəkidə mübarizə aparan digər təmsilçimiz Səid Həmidov qazandırıb.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev təmsil ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 762