FHN-dən əhaliyə müraciət - çimərliklərlə bağlı
16:41 03 Avqust 2016
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Femida.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, müraciətdə bildirilib ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.
“Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir! Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir! Çimərliklərdə istirahət saat 09.00-dan 20.00-dək daha təhlükəsizdir! Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə müraciətdə qeyd olunub.
Femida.az
Oxunub: 1400
Oxşar xəbərlər
- FHN-dən alpinistlərlə bağlı AÇIQLAMA
- FHN-dən statistika: 9 ayda 108 ölü
- FHN-dən Lənkarandakı yanğınla bağlı məlumat
- FHN-dən silah anbarındakı yanğınla bağlı AÇIQLAMA
- FHN-dən `Binə`dəki yanğınla bağlı - Açıqlama
- FHN-dən Bakı və Şabrandakı yanğınlarla bağlı AÇIQLAMA
- FHN-dən əhaliyə dəm qazı xəbərdarlığı - VİDEO
- FHN-dən yağışın fəsadları ilə bağlı - Açıqlama
- FHN-dən ikinci açıqlama - Yanğın söndürülüb (YENİLƏNİB)
- FHN-dən məktəbdəki yanğınla bağlı - Açıqlama