FHN-dən statistika: 9 ayda 108 ölü
15:24 22 Noyabr 2017
Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.
Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, 2017-ci ilin 9 ayı ərzində respublika ərazisində 59 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 17 hadisə və ya 40% çoxdur. Partlayışlar zamanı 13 nəfər ölüb, 71 nəfər xəsarət alıb.
9 ay ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 11433 çıxış edilib. Yanğın hadisələri zamanı 39 nəfər ölüb, 165 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 10 nəfər və ya 34%, xəsarət alanlar üzrə 45 nəfər və ya 38% çoxdur.
2017-ci ilin 9 ayı ərzində respublika ərazisində 11611 təbii və texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 992 hadisə və ya 9% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər ölüb, 257 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 95 nəfər xilas edilib, 925 nəfər təxliyə olunub.
Femida.az
Oxunub: 632
Oxşar xəbərlər
- FHN-dən alpinistlərlə bağlı AÇIQLAMA
- FHN-dən Lənkarandakı yanğınla bağlı məlumat
- FHN-dən silah anbarındakı yanğınla bağlı AÇIQLAMA
- FHN-dən `Binə`dəki yanğınla bağlı - Açıqlama
- FHN-dən Bakı və Şabrandakı yanğınlarla bağlı AÇIQLAMA
- FHN-dən əhaliyə dəm qazı xəbərdarlığı - VİDEO
- FHN-dən yağışın fəsadları ilə bağlı - Açıqlama
- FHN-dən əhaliyə müraciət - çimərliklərlə bağlı
- FHN-dən ikinci açıqlama - Yanğın söndürülüb (YENİLƏNİB)
- FHN-dən məktəbdəki yanğınla bağlı - Açıqlama