FHN-dən əhaliyə dəm qazı xəbərdarlığı - VİDEO
20:49 12 Yanvar 2017
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:
- qaz cihazı saz və standartlara uyğun olmalı;
- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
- hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
- tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
FHN xəbərdarlıq edir ki, dəm qazı iysizdir və hiss edilmir: “Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!”
Femida.az
Oxunub: 1296
Oxşar xəbərlər
- FHN-dən alpinistlərlə bağlı AÇIQLAMA
- FHN-dən statistika: 9 ayda 108 ölü
- FHN-dən Lənkarandakı yanğınla bağlı məlumat
- FHN-dən silah anbarındakı yanğınla bağlı AÇIQLAMA
- FHN-dən `Binə`dəki yanğınla bağlı - Açıqlama
- FHN-dən Bakı və Şabrandakı yanğınlarla bağlı AÇIQLAMA
- FHN-dən yağışın fəsadları ilə bağlı - Açıqlama
- FHN-dən əhaliyə müraciət - çimərliklərlə bağlı
- FHN-dən ikinci açıqlama - Yanğın söndürülüb (YENİLƏNİB)
- FHN-dən məktəbdəki yanğınla bağlı - Açıqlama