Park ərazisini satan şəxs məhkəmədə HƏBS EDİLDİ


23:40     16 Sentyabr 2016 hebs%20edildi99.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən Famil Quliyev, Etibar Məmmədov və Tərlan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Femida.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə T.Hüseynovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib.

O, məhkəmə istintaqının təzələnməsini istəyib. Vəsatət təmin edilməyib. T.Hüseynov vəkilindən imtina etdiyini bildirib. Məhkəmənin qərarı ilə T.Hüseynovun barəsində olan ev dustaqlığı ləğv edilərək, həbs qətimkan tədbiri ilə əvəzlənib.


Xatırladaq ki, prokuror çıxışı zamanı Etibar Məmmədovun 11 il, Tərlan Hüseynovun barəsində olan ev dustaqlığının həbs qətimkan tədbiri ilə əvəz olunaraq 10 il 6 ay, Famil Quliyevin isə 10 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.


Qeyd edək ki, "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Bundan sonra cinayət işi başlanılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlunu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.

Açar sözlər:

Oxunub: 1324