ABŞ-dan Türkiyəyə terror xəbərdarlığı
20:06 22 Sentyabr 2016
ABŞ-ın Türkiyədəki səfirliyi Qaziantəp bölgəsində terror aktının törədiləcəyi ilə bağlı xəbərdarlıq edib.
"RİA Novosti" agentliyinin yaydığı xəbərə görə, Dövlət Departamenti ABŞ vətəndaşlarını Türkiyənin cənub-şərqinə səyahət etməməyə çağırıb:
"Qaziantepdə terrorçu qruplaşmaların fəaliyyətinin araşdırılması nəticəsində məlum olub ki, onlar "Starbucks" və "Big Chef " kafe və restoranlar şəbəkəsini, həmçinin Qərb dövlətlərindən olan turistlərin müştərisi olduqları digər obyektləri hədəf seçiblər. ABŞ vətəndaşlarına Qaziantepdəki belə yerlərə gedərkən, ehtiyatlı olmağa və imkan daxilində həmin obyektlərə getməməyi məsləhət görürük".
Qeyd edək ki, bu ilin avqustunda Qaziantəpdə törədilən terror nəticəsində 56 nəfər ölüb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin hadisəni terrorçu İŞİD qruplaşmasının 14 yaşlı üzvünün törətdiyini bildirib.
Femida.az
Oxunub: 1407
Oxşar xəbərlər
- ABŞ-dan Ərdoğanın ittihamlarına cavab
- ABŞ-dan Azərbaycana qarşı TƏXRİBAT
- ABŞ-dan Venesuelaya qarşı sərt sanksiyalar
- ABŞ-dan Rusiyaya qarşı YENİ SANKSİYALAR
- ABŞ-dan proqnoz: Neftin qiyməti 141 dollar olacaq
- ABŞ-dan Şimali Koreyaya yeni sanksiyalar
- ABŞ-dan 117 kubalı miqrant deportasiya edilib
- ABŞ-dan Ərdoğana cavab: `Bu bəyanat cəfəngiyatdır`
- ABŞ-dan xəbərdarlıq: `Türkiyəni tərk edin...`
- ABŞ-dan İsrailə hərbi yardım