ABŞ-dan Venesuelaya qarşı sərt sanksiyalar
22:58 22 İyul 2017
ABŞ Venesuelanın neft sənayesinə qarşı sərt sanksiyalar hazırlayır.
"Reuters"in yaydığı məlumata görə, bu barədə Ağ Evdəki yüksək vəzifəli nümayəndə xəbər verib.
Sanskiyaların Venesuelanın neft satışından əldə etdiyi dollar ödənişlərinə qoyulması gözlənilir. "Reuters" bildirir ki, sanksiya tətbiq edilərsə, bu ölkədən neft ixracı ciddi şəkildə azalacaq və ölkə iqtisadi cəhətdən çətin vəziyyətə düşəcək. Sanksiyaların PDVSA dövlət neft şirkətinin bütün dollar tranzaksiyalarını həyata keçirməsini qadağan edəcəyi gözlənilir.
ABŞ-ın həmçinin Venesueladan neft idxalına da qadağa qoyacağı ehtimal edilir. Qeyd edək ki, ABŞ cari ilin ilk 4 ayında Venesueladan gündəlik 780 min barel neft idxal edib. "Reuters"in araşdırmasına görə, PDVSA-nın ixracının 40%-i Rusiya və Çin şirkətlərinin payına düşür. Bu da Venesuelanın bu ölkələrə olan 50 mlrd.dollarlıq kredit borcunun ödənilməsinə sərf olunur.
Femida.az
Oxunub: 682
Oxşar xəbərlər
- ABŞ-dan Ərdoğanın ittihamlarına cavab
- ABŞ-dan Azərbaycana qarşı TƏXRİBAT
- ABŞ-dan Rusiyaya qarşı YENİ SANKSİYALAR
- ABŞ-dan proqnoz: Neftin qiyməti 141 dollar olacaq
- ABŞ-dan Şimali Koreyaya yeni sanksiyalar
- ABŞ-dan 117 kubalı miqrant deportasiya edilib
- ABŞ-dan Ərdoğana cavab: `Bu bəyanat cəfəngiyatdır`
- ABŞ-dan xəbərdarlıq: `Türkiyəni tərk edin...`
- ABŞ-dan Türkiyəyə terror xəbərdarlığı
- ABŞ-dan İsrailə hərbi yardım