ABŞ-dan 117 kubalı miqrant deportasiya edilib


14:54     19 Fevral 2017 image9280.jpeg

Son 1 ay ərzində ABŞ-dan kubalı miqrant deportasiya olunub.

Femida.az report-a istinadən xəbər verir ki, bu barədə "MIG News" məlumat yayıb.

Məlumata görə, cümə günü, fevralın 17-də kubalı miqrantların qaytarılmasını təşkil edən reyslə Havanaya daha iki qadın göndərilib. Buna qədər isə kubalı miqrantları vətənə kommersiya aviareysləri və ya gəmi ilə deportasiya edirdilər.

Deportasiya ABŞ-ın miqrasiya siyasətinin dəyişməsi ilə əlaqədardır. Əvvəlki qanuna əsasən ABŞ ərazisinə daxil olan kubalılar burada vizasız qala bilərdilər.

Açar sözlər:

Oxunub: 1021