Səhiyyə müəssisələri də özəlləşdiriləcək


18:15     01 Dekabr 2016 xestexana9.jpg

“11 dövlət səhiyyə müəssisəsinin özəlləşdirilməsi nəzərdə tutulub”.


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, bunlar əsasən təsərrüfat hesablı müəssisələrdir: "11 müəssisə artıq müvafiq siyahıya daxil edilib. Bunların özəlləşdirilməsi labüddür. Ancaq gələcəkdə özəlləşdiriləcək müəssisələrin profilinin müəyyən müddətə dəyişdirilməməsi də gündəmdə olan məsələlərdəndir".

Nazir müavini qeyd edib ki, özəlləşdiriləcək səhiyyə müəssisələri sırasında Mərkəzi Neftçilər Xəstəxanası, Dənizçilər Xəstəxanası və Dəmiryolu Xəstəxanası da var.

Femida.az

Açar sözlər:

Oxunub: 990