Səhiyyə naziri vətəndaşları qəbul edib


19:26     07 İyul 2017 blank.jpg

İyulun 7-də Səhiyyə naziri Oqtay Şirəliyev Oğuz Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlarla görüşüb.


Femida.az -a daxil olan məlumata görə, qəbul zamanı Oğuz, Şəki, Zaqatala, Qax, Balakən sakinlərinin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 699