Mərakeşdə avtobus aşıb, çox sayda ölən var
01:27 27 Dekabr 2016
Mərakeşdə ağır yol qəzası baş verib.
Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimalında, Fes və Sidi-Kasem şəhərləri arasında qeydə alınıb.
Məlumata əsasən, sərnişin avtobusu hərəkətdə olarkən naməlum səbəbdən aşıb. Nəticədə 9 nəfər ölüb, 45 nəfər xəsarət alıb. 15 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Femida.az
Oxunub: 611