Mərakeşdə ağır qəza: 10 nəfər diri-diri yanıb


01:30     08 Yanvar 2017 merakes2.jpg

Mərakeşin cənubunda baş verən avtomobil qəzası nəticəsində azı 10 nəfər yanaraq həyatını itirib.


Femida.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sərnişin avtobusu Aqadir şəhərinə gedən trasın 41-ci kilometrində yük maşını ilə toqquşub. Qəzadan sonra hər iki avtomobil yanmağa başlayıb. Hadisə nəticəsində azı 10 nəfər həlak olub, 22 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ağır yaralılar helikopterlə Mərakeş şəhərinə aparılıb, digərləri isə Aqadirdəki hospitala yerləşdirilib.

Hazırda tədqiqat başlayıb və hadisənin başvermə səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 1084