Parisdə iki silahlı hücum olub, yaralanan var


01:03     19 Mart 2017 paris%20yaralanan.jpg

Fransanın paytaxtı Parisdəki “Orli” hava limanında naməlum şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən hərbçiyə hücum olub.


Naməlum şəxs hərbçinin silahını almağa cəhd göstərib. Polis naməlum şəxsi zərərsizləşdirib. “Orli” hava limanında uçuşlar dayandırılıb, aeroport boşaldılıb və giriş-çıxış qadağan olunub.

Polis tərəfindən hava limanında axtarış aparılır. Hadisənin terror olub-olmadığı araşdırılır. Bundan başqa, Fransa Daxili İşlər Nazirliyi Parisin şimalında polis məntəqəsinə silahlı hücum barədə məlumat yayıb. Hücum nəticəsində üç polis əməkdaşı yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 912