Parisdə xalq küçələrə axışdı


21:33     12 Sentyabr 2017 paris_miting.jpg

Bu saatlarda Parisdə geniş etiraz aksiyası keçrilir. Trend-in məlumatına görə, aksiya Fransanın baş naziri Eduar Filipp hökuməti tərəfindən təklif edilmiş əmək qanunvericiliyində islahatlara etiraz olaraq keçirilir.


Son məlumata görə, çox sayda iştirakçı hazırda Bastiliya meydanından İtaliya meydanına doğru irəliləyir.

Aksiyanın gedişatı təhlükəsizlik qüvvələri və polis tərəfindən nəzarətdə saxlanılır. Məlumata görə, aksiyanı müşayiət edən polislər dubinkalar, gözyaşardıcı qaz balonları və dəbilqələrlə təchiz ediliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 744