Parisdə terror həyəcanı - Məhkəmə binası boşaldıldı


19:10     20 Mart 2017 paris0.jpg

Bu gün səhər Paris Ali Məhkəməsi binaya bomba qoyulması barədə anonim zənglə əlaqədar boşaldılıb.


Femida.az xarici KİV-lərə istinadən bildirir ki, binaya bomba qoyulması barədə polisə zəng yerli vaxtla saat 10.12 (Bakı vaxtı ilə saat 13.12) radələrində daxil olub.

Məhkəmə binasının yerləşdiyi Parisin IX dairəsinə minaaxtaranlar gəlib, axtarış aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1228